Происшествия

“Oğlum dənizdə batan uşağı xilas edərkən öldü, o ailə bizə başsağlığı da vermədi” - VİDEO

Bir neçə gün öncə dənizdə iki uşağı xilas edərək, özü boğularaq vəfat edən Yusif Məmmədovun atası İsak Məmmədov oğlunun vəfatı ilə bağlı danışıb.

AZXEBER.COM xəbər verir ki, ata ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişinə zəng edərək oğlu ilə bağlı bəzi məqamları dilə gətirib. 

O, övladını ölümdən xilas etdiyi ailənin onlara başsağlığı vermədiyini deyib.

"Bu ata üçün böyük itkidir. Mənim oğlum öz işığını söndürüb, başqa bir ailənin işığını yandırdı. Çox istəyərdim ki, oğlumun xilas etdiyi uşaqların valideynləri üzə çıxardı. Mən də bilərdim ki, kim idi onlar. Ancaq onlar heç bizə başsağlığı vermədilər. Yusif bir dəfə də dənizdə batan uşaqları xilas etmişdi. Ancaq bunu demirdi heç kimə. Mənə pis təsir edən oğlumun xilas etdiyi uşaqların ailəsinin heç bir əlaqə saxlamaması və onların kimliyinin bilinməməsidir. Mən bilmək istəyirəm ki, mənim oğlum övladlarının gözü önündə kimə görə boğulub”

Atası deyib ki, Yusif çox müdrik insan idi: 

"Bu mənim üçün böyük itkidir. 1 il ildir ki, qardaşımı itirmişəm, ondan sonra Yusiflə qardaş kimi idim. Onu özümə qardaş qəbul etmişdim. Mənə daima ürək-dirək verirdi. Çox heyif ki, tale imkan vermədi”.

Qeyd edək ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların batdığını görən Yusif köməyə atılıb. Şahidlərin sözlərinə görə, Yusif üzərək uşaqlara çatıb, onları xilas edib, amma özü həlak olub. Mərhumun 2 övladı var

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей